Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yeniyetmə yaş qrupları liqalarında fevralın 22-23-də keçirilməsi nəzərdə tutulan oyunları təxirə salıb.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oyunları əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.