Misirdə son 103 ildə ilk dəfə olaraq fironun məzarı aşkar edilib.
Luksor yaxınlığında II Tutmosun dəfni tapılıb. Misirdə sonuncu dəfə fironun məzarı 1922-ci ildə açılıb, o zaman tədqiqatçılar Tutanxamonun dəfn yerini tapıblar.
Arxeoloqlar yeni məzarı firon və onun həyat yoldaşı Hatşepsutun adlarını daşıyan alebastr qablar vasitəsilə müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, II Tutmosun ölümündən qısa müddət sonra baş verən daşqın nəticəsində məqbərəyə ciddi ziyan dəyib. Onun mumiyası 1881-ci ildə aşkar edilib, lakin fironun dəfn olunduğu yer indiyədək məlum deyildi.