Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında sayca 11-ci turun oyunları keçirilib. "Olimpik Start" arenada baş tutan turun mərkəzi oyunu çempionatın vahid lideri "Bakü Fayr"la onun ən yaxın izləyicisi olan "Araz Naxçıvan" arasında olub. Görüş ikincinin minimal hesablı (0:1) qələbəsi ilə bitincə, lider mövsümdə ilk dəfə olaraq məğlubiyyət acısını dadıb.

Turun digər oyunlarına gəlincə, "Şuşa"-"Neftçi"- 1:7, U-19 - "Yasamal" - 7:1 hesabla bitib.

Komandaların hazırkı turnir cədvəli belədir: Bakü Fayr - 26 xal, Araz Naxçıvan, Neftçi - 25, Şuşa - 12, U-19 - 9, Yasamal - 0 xal.

İNTİQAM Məmmədov