Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rumıniyada gənclər arasında boks üzrə “Dracula Open” beynəlxalq turniri davam edir.

Dördüncü yarış günündə Azərbaycan yığmasının daha iki idmançısı qələbə qazanıb.

Nihat Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanla (Rumıniya) qarşılaşıb. Görüş 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə komanda üzvümüzün qələbəsi ilə başa çatıb. 1/4 finalda Qasımov birinci mərhələdən azad edilən Maksim Maşevski (Ukrayna) ilə qarşılaşacaq.

Zidan Humbətov (54 kq) da turnirə qələbə ilə başlayıb. O, ilk raundda rumıniyalı Emzar Qransianı inamla məğlub edib. 1/4 finalda Humbətov Roman Şpakla (Moldova) qarşılaşacaq.

Qeyd edək ki, “Dracula Open” turnirində final döyüşləri fevralın 23-də baş tutacaq.