"Real Madrid" "Everton"un 22 yaşlı mərkəz müdafiəçisi Gerrad Brentueyti yaxından izləyir.
“Los Blankos” ingilis futbolçunu yay transfer pəncərəsi üçün mümkün hədəf kimi nəzərdən keçirir. Brentueytin alınmasının "Real"a 75 milyon funta (90 milyon avro) başa gələ biləcəyi vurğulanır.
O, bu mövsüm bütün yarışlarda 21 oyuna çıxıb, bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 42 milyon avrodur.