Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Dünən axşam saatlarında kişi basketol yığmaları arasında DÇ-2027-nin ilkin təsnifat mərhələsinin seçmə qrup oyunları çərçivəsində 5-ci turun görüşləri keçirilib. Hesabat turu çərçivəsində Azərbaycan millisi səfərdə Kosovo komandasının qonağı olub. Qarşılaşma ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb - 81:79 (20:21, 23:20, 17:18, 21:20). Yeri gəlmişkən, millimiz Kosovoya qarşı ev oyununda 10 xal fərqiylə qalib gəlmişdi - 87:77.

Millimizin yer aldığı A qrupunda keçirilən digər oyunda isə qrupa liderlik edən İsveçrə İrlandiya üzərində qələbə qazanıb - 85:54.

Azərbaycan millisi don matçını fevralın 23-də İrlandiyaya qarşı keçirəcək. Oyun saat 17:00-da Bakı İdman Sarayında başlayacaq.

A qrupunda komandaların hazırkı turnir cədvəli belədir:

İsveçrə - 10 xal, İrlandiya, Kosovo - hərəyə 7 xal, Azərbaycan - 6 xal.

İNTİQAM Məmmədov