Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən G-2 kateqoriyalı "Turkish Open" turniri Azərbaycan taekvondoçuları üçün uğurlu olub. Belə ki, Türkiyənin Açıq Çempionatı sayılan bu turnirdə iştirak edən Azərbaycan komandasının üzvləri ikisi qızıl biri gümüş və ikisi isə bürünc əyarlı olmaqla 5 medal qazanıblar.
Qızılları bütün döyüşlərini qələbə ilə başa vuran Mehdi Budaqlı (45 kq) ilə Ziya Həsənli (63 kq) qazanıb. Yeganə gümüş medalın sahibi yalnız həlledici finalda büdrəyən Fuad Məhərrəmli (59 kq) olub. Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədovun (+78 kq) payına düşüb.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)