Nihat Həsən:
"Güclü sözlər bir icmanı birləşdirir və insanlara ümid verir"
Təsəvvür edin ki, ölkənizin müharibə ilə parçalandığını görürsünüz və ətrafınızdakı insanların əziyyət çəkdiyinə şahid olursunuz. İndi isə bu münaqişənin sona çatdığını və rahatlıq, ümid hissini təsəvvür edin. İlham Əliyevin 2020-ci il qələbə çıxışı Azərbaycan üçün məhz bunu ifadə edirdi. Bu gün mən sizə bu çıxışın niyə mühüm bir vətəndaş iştirak aktı olduğunu, onun təkcə bir millətə deyil, həm də şəxsən tanıdığım insanlara necə təsir etdiyini paylaşmaq istəyirəm.
İlk olaraq, çıxışın özündən danışaq.
İlham Əliyev bu çıxışı 10 noyabr 2020-ci ildə, Azərbaycan 44 günlük müharibədən sonra Qarabağ bölgəsindəki torpaqlarını geri aldıqdan sonra etdi. Çıxışında Əliyev hərbi qələbəni qeyd etdi və bu uğurda canından keçən şəhidlərimizi andı. Amma bu sadəcə bir qələbə elanı deyildi – bu, xalqı səbrli, qürurlu olmağa və gələcəyə ümidlə baxmağa çağırış idi. Əliyevin çıxışı bütün ölkə üzrə yayımlandı və milyonlarla insana çatdı. Siz də bu çıxışı "AzerFreedom TV" adlı YouTube kanalında izləyə bilərsiniz.
İkincisi, bu çıxış niyə vacib idi?
Bildiyiniz kimi, vətəndaş iştirakçılığı təkcə səsvermə və ya könüllü olmaqdan ibarət deyil; bu həm də liderlərin öz səslərindən istifadə edərək cəmiyyəti ilhamlandırması və çətin anlarda bir araya gətirməsidir. Əliyev də məhz bunu etdi. O, sadəcə qələbəni elan etmədi, eyni zamanda insanların fədakarlığını və yaşadıqları ağrını qəbul etdi. Bu çıxış zamanı bütün ölkə sanki dayandı, qulaq asdı və bir-birinə daha da bağlandı.
Bunu daha da şəxsi bir hekayə ilə izah etmək istəyirəm. Mənim riyaziyyat müəllimim İkinci Qarabağ müharibəsində oğlunu itirmişdi. O, hər zaman gülərüz və hörmətə layiq bir insan idi, amma bu hadisədən sonra tamamilə dəyişdi. Onun saçlarının ağardığını, gözlərinin altındakı qara kölgələri və əvvəlki gülərüz halının yox olduğunu görürdük. Lakin bu qələbə elan edildikdən sonra onda açıq-aydın bir dəyişiklik hiss etdik. Doğrudur, bu onun kədərini tamamilə silmədi, amma ona bir məqsəd hissi verdi – oğlunun qurbanının boşa getmədiyini bilmək ona güc verdi. Bax, bu çıxışın təsiri belə idi. Bu çıxış bir milləti bir araya gətirdi və insanlara ümid verdi.
Nəhayət, bu çıxış Azərbaycan üçün nə demək idi?
Bu çıxış təkcə territoriya qazanclarından ibarət deyildi; bu, milli qürurun bərpası və illərlə davam edən yaraların sağalması idi. Eyni zamanda, bu, bütün dünyaya Azərbaycanın irəli getməyə və ölkəni yenidən qurmağa hazır olduğunu göstərdi.
Nəticə olaraq, İlham Əliyevin 2020-ci il Qələbə Çıxışı mənim üçün bir vətəndaş kimi böyük məna daşıyır, çünki onun necə insanlara təsir etdiyini öz gözümlə görmüşəm. Və son olaraq demək istəyirəm ki, "güclü sözlər bir icmanı birləşdirir və insanlara ümid verir." Çox sağ olun.
Nihat Həsən Elşən oğlu
* * *
ENG:
Imagine watching your country torn apart by conflict and seeing the people you care about suffer. Now imagine the relief and hope after this conflict settles. This is what Ilham Aliyev's 2020 victory speech meant for Azerbaijan. Today, I want to share with you why this speech is an important act of civic engagement and how it affected not only a nation but the people I know personally.
So first, let's talk about the speech itself. Ilham Aliyev gave this speech on 2020 November 10, after Azerbaijan regained territories in the Nagorno-Karabakh region following a 44-day war. In his speech, Aliyev celebrated military victory and honored soldiers who have fought and lost their lives. And this was more than just a victory announcement - it was a call for resilience, pride, and a promise for peace. Aliyev's speech was broadcast throughout the whole country, reaching millions of people. You, too, can watch this speech on YouTube on a channel named "AzerFreedom TV."
Secondly, why is this speech important? As you know, civic engagement is more than just about voting or volunteering; it's about leaders using their voices to inspire and unite communities in dark times. And Aliyev did just that. He didn't just declare a win with this speech; he acknowledged people's sacrifices and pain. This was a moment where the entire country paused, listened, and felt connected. And to make this even more personal, I want to share a story about my math teacher who tragically lost her son during the Second Karabakh War. She was a cheerful and admirable person, but after this incident, that unfortunately changed. We could see visible signs of stress like her hair going white; we could see dark spots under her eyes, and the usual cheerful demeanor was just gone. But after this victory was announced, we could see a visible shift in her. It's true that it didn't erase her grief, but it sure did give her a sense of purpose, knowing that her son's sacrifice wasn't made in vain. That's how powerful this speech was. It brought a nation together and gave hope to people.
Finally, what did the speech mean for Azerbaijan? The speech wasn't just about territorial gains; it restored national pride and helped heal old wounds. It also showed the world that Azerbaijan was ready to move forward and rebuild as a country. In conclusion, Aliyev's 2020 Victory Speech meant for me as a citizen because I saw how it brought comfort to somebody I cared about. And as I'd like to say, "powerful words unite a community and offer hope." Thank you.