Masallı məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub
Masallı rayonunun ümumtəhsil müəssisələrində 21 Fevral – Beynəlxalq Ana Dili günü ilə bağlı tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində inşa yazı və şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, bilik yarışları, xüsusi dərslər və məşğələlər təşkil edilib, videoçarxlar nümayiş olunub.
Məktəblərin pedaqoji kollektivi, ziyalıların, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib. Çıxışlarda Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dilimizin inkişafına böyük qayğı ilə yanaşılır.
Akif AĞAYEV












