Rumıniyanın Breila şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan boksçularınin da qatıldığı ənənəvi "Drakula Open" beynəlxalq turnir artıq finişə yaxınlaşır. Dünən turnirdə 1/4 final mərhələsinin döyüşlərinə yekun vurulub. Qeyd edək ki, baş məşqçi Elburus Rzayevin rəhbərliyi altında sözügedən turnirə qatılan 14 boksçumuzdan 6-si bu mərhələni də uqurla başa vuraraq yarımfinala yüksəlib və bununla da ən azından bürünc medalı özlərinə təmin ediblər. Bu altiliqda Zidan Hümbətov (54 kq), Sübhan Babayev (57 kq), Baqir Əmirxanli (60 kq), Valeh Eyvazlı (67 kq), Mircəlal Miraqayev (80 kq) və Məhəmməd Cəfərov (+92 kq) yer alıb. Bu gün turnirdə yarımfinal döyüşləri keçiriləcək. Sabah isə həlledici final qarşılaşmaları ilə turnirə yekun vurulacaq.
İNTİQAM Məmmədov