Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABŞ səfirliyində bayraqlar yarıya endirildi

ABŞ səfirliyində Azərbaycanda matəm günü ilə əlaqədar bayraqlar yarıya endirilib.

Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”, - Səfir Libby qeyd edib.