Ağcabədidə bələdiyyələrin birləşməsi yolu ilə yeni yaradılmış komissiyanın iclası keçirildi +FOTO=28
Fevralın 21-də Ağcabədidə bələdiyyələrin birləşməsi yolu ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə yaradılmış komissiyanın geniş iclası keçirilib. Y.Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində keçirilən iclasda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Ağcabədi rayon prokuroru,Ağcabədi rayon məhkəməsinin sədri, rayon İcra və probasiya şöbəsinin rəisi, bələdiyyələrin birləşməsi yolu ilə mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə yaradılmış komissiyanın üzvləri, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon Təşkilatının sədri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin rəis müavini vəzifəsini icra edən, müvafiq komissiyanın sədri , 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin sektor müdiri, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin, 8 saylı Ərazi Vergilər İdarəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndələri, yeni seçilmiş bələdiyyə üzvləri və sədrləri, o cümlədən sabiq sədrlər iştirak ediblər.
"AZpress.AZ" İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli Qanununa əsasən Ağcabədi rayonunda fəaliyyət göstərən 41 bələdiyyənin birləşməsi yolu ilə 15 yeni bələdiyyə yaradılıb. Yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Ağcabədi rayonu üzrə bu bələdiyyələrə 165 nəfər üzv seçilib ki, onlardan 158 nəfəri ali təhsilli, 67 nəfəri qadın, 82 nəfəri isə 35 yaşa qədər gənclərdir. Həmçinin o da qeyd olunub ki, yeni seçilmiş üzvlərdən 6 nəfəri şəhid ailəsi üzvü, 4 nəfəri müharibə iştirakçısıdır.
İcra başçısı çıxışında yeni seçilmiş bələdiyyə üzvlərini bələdiyyənin fəaliyyətində, keçirilən iclaslarda fəal olmağa çağırıb, o cümlədən bələdiyyələr tərəfindəntorpaq, əmlak və digər vergilərin vaxtında toplanması, bələdiyyə torpaqlarından səmərəli istifdə edilməsi, şəhid, qazi və müharibə veteranlarının müraciətlərinə diqqətlə yanaşılması və digər məsələlərlə bağlı öz tövsiyələrini verib.
Sonra digər çıxışlara başlanılıb. Bərdə Regional Ədliyyə İdarəsinin rəis müavini vəzifəsini icra edən, müvafiq komissiyanın sədri Eldəniz İbrahimov, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri Əyyub Əyyublu, Ağcabədi rayon prokuroru Vüqar Hacıyev, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Oktay Şahmurov, Ağcabədi rayonu üzrə Maliyyə İdarəsinin Gəlir və xərclərin proqnozlaşdırılması sektorunun müdiri, müvafiq komissiyanın üzvü Xəyal Nəsirov, Ağcabədi rayon İcra və Probasiya şöbəsinin rəisi Faiq Mustafayev çıxış edərək bələdiyyələrin fəaliyyətində lazımi tövsiyələr veriblər.
Çıxışlar başa çatdıqdan sonra zala müracət olunub. Ağcabədi şəhər bələdiyyəsinin üzvü, şəhd xanımı Samirə Cəfərova, həmçinin Hindarx qəsəbə və Muğanlı kənd bələdiyyələrinin sədrləri və digərləri çıxış edərək öz fikirlərini bölüşüblər. Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mais İbrahimov
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)