Rublev Dreyperi udaraq 17-ci titulunu qazanıb
O, Doha turnirinin qalibi olub
Qətərin paytaxtı Dohada xard örtüklü açıq kortda kişilər arasında böyük tennis üzrə keçirilən turnir bazar günü baş tutan həlledici final qarşılaşması ilə başa çatıb. Turnirin qalibi adını isə finalda britaniyalı tennisçi, reytinq cədvəlində 16-cı olan 23 yaşlı Çek Dreyperi 7:5, 5:7, 6:1 hesabla məqğub edən rusiyalı raketka ustası, ATR-in reytinq cədvəlində ilk onluğu tamamlayan Andrey Rublev qazanıb. Bununla da 27 yaşlı Rublev öz karyerasında 17-ci tituluna sahib olub. Oyun 2 saat 6 dəqiqə davam edib.
Yeri gəlmişkən, bu cütlük bu oyuna qədər müxtəlif turnirlərdə 3 dəfə üzləşmişdilər. Hər üç oyunda Rublev qalıb gəlmişdi. İndi isə ümumi hesab Rublevin xeyrinə olmaqla 4:0-a çatıb.
İNTİQAM Məmmədov