Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçularımız "Drakula Open"dən 9 medalla qayıdıblar 

Rumıniyanın Breila şəhərində gənc boksçular arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı "Drakula Open" turnirinə dünən baş tutan final döyüşləri ilə yekun vurulub. Turnir Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında 14 idmançı ilə yanaşa qatılan komandamız 4-u qızıl, 1-i gümüş və 5-i bürünc əyarlı olmaqla 9 medal qazanıb. Qızıl medalları bütün döyüşlərini qələbə ilə başa vuran Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq), Sübhan Baqirov (57 kq) və ən ağırımız olan Məhəmməd Cəfərov (+92 kq) qazanıb. Yeganə gümüş medal yalnız həlledici finalda büdrəyən Hikmət Məmmədovun (48 kq) aktivinə yazılıb. Bürüncləri isə çıxışını üçüncü yerdə bitirən Bağır Əmirxanli (60 kq), Valeh Eyvazlı (67 kq), Mircəlal Mirağayev (80 kq) və Abbasqulu Şadlinskinin (75 kq) payına düşüb.

İNTİQAM Məmmədov