Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Tariximizin qan yaddaşı” Masallıda tədbir

 

Masallı Dövlət Regional Kollecində “Xocalı soyqırımı”na həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, dövlətimizin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Kollecin müəllimi Lətifə Məmmədəliyevanın təqdimatında “Tariximizin qan yaddaşı” mövzusundakı dəyirmi masada tələbələr iştirak ediblər. 
Bildirilib ki, bəşər tarixində ən dəhşətli faciələri belə kölgədə qoyan Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insanlığa sığmayan vəhşiliyidir: “Şaxtalı qış gecəsində canını qurtarmaq üçün çöllərə, meşələrə üz tutan əliyalın uşaq, qadın və qocalar müsibətlərlə qarşılaşdılar. Körpələri meşələrdə donan, çöhrələrinə ölüm rəngi çökən anaların fəryadı heç zaman yaddaşlardan silinməyəcək...”
Diqqətə çatdırılıb ki, bu gün Xocalı sakinlərinin doğma yurd-yuvalarına qayıdışı qisasın alınmasının, yaraların sağalmasının, bölgədə həyatın canlanmasının rəmzidir. 
Tədbir zamanı Xocalı faciəsini əks etdirən videoçarx nümayiş edilib.

 

Akif AĞAYEV