Karateçimiz Dəniz Nəcəfli BƏƏ-də ikinci olub
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fucayre şəhərində karatenin VKF versiyası üzrə gənclər liqasının ("Karate 1 YOUTH LEAGUE - FUJAİRAH") birinci mərhələsi keçirilib. Turnirdə Azərbaycan yalnız bir karateçi - Dəniz Nəcəfli (U-14, 52 kq) ilə təmsil olunub. Maraqlıdır ki, turnirin fərdi kumite yarısında iştirak edən yeganə təmsilçimiz yalnız həlledici finalda büdrəyərək çıxışını ikinci yerdə bitirməklə gümüş medala yiyələnib.
İNTİQAM Məmmədov