Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

14 fevralda yaşananlar...+FOTOLAR

31 il öncə 141 nəfər əsgərin döyüş zamanı şəhid olduğu, 109 nəfərin don vurduğu, 111 nəfərin isə itkin düşdüyü Murov faciəsinin qan donduran anları:

“Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”...

Murov hadisələrinin iştirakçısı, polkovnik-leytenant İntiqam Mirzəyevin söylədiklərindən... (Мамед Велимамедов, "Очерки по Карабахской войне", 2019 г., стр.159).

Fotoların müəllifi Xalid Əsgərovdur.

* * *

Behriyye Seyidova

Allah baiskara lənət eləsin. Bu adamların günahları nə idi ki belə zülmlə üzləşdilər.

Beybala Mirzeyev

Nəcməddin Sadıkov kimi antimilli şəxslərin dövlətçiliyimizə, ordumuza qarşı təxribatının nəticəsi idi.

Habibe Aliyeva

Çox ağır şəraitdə Vətənini canları- qanları bahasına qoruyub, igidcəsinə Şəhid olan Əsgərlərimizin ruhu qarşısında baş əyirik !!!

Nadir Hüseyinov

O cür soyuqda kim hücum əmri vermişdi ?

Xırda bir şey üstə adama 10il iş verirlər ,bəs niyə bu boyda faciəyə qörə heç kim cavab vermədi

Stalin kimi adam olsaydı ,bir əsərə qörə 10qeneral qüllələri

Yəni bizim balalarimiz insan deyil ,oları o soyuqda kim hücum əmri verib

Hələ havada hücum etməyə özünə qəsd kimidir ,

Allah balalarimiza qəsdən qiyanlara bəla versin

Urshan Tagiyev

1994- cü ilin fevraında Murovda döyüşlər olub.Ölənlər və itkinlər haqqında məlumatımız çox azdır.Əmim oğlu Mirnaib/ Mirno Tağıyev itkin düşüb.

Beybala Mirzeyev

Urshan müəllim, internet resurslarında Murov döyüşləri barədə məlumatlar çoxdur. Ölənlər və itkinlər barədə də müxtəlif rəqəmlər yazılır, deyilir. Bütün bunlar yəqin ki, yenidən araşdırılacaq. Əminiz oğlu Mirnaib Tağıyevin ruhu şad olsun.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.