Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Messidən avtoqraf istəyən hakim 6 ay cəzalandırılıb

Lionel Messidən avtoqraf istəyən meksikalı referi Marko Antonio Ortiz Nava 6 ay müddətinə istənilən CONCACAF turnirində hakimlik etməkdən uzaqlaşdırılıb.

Fevralın 19-da “İnter Mayami” və “Sportinq Kanzas Siti” (1:0) arasında keçirilən CONCACAF Çempionlar Kuboku matçından sonra hakim Messiyə yaxınlaşaraq, xüsusi qayğıya ehtiyacı olan ailə üzvünə avtoqraf verilməsini istəyib.

Konfederasiya hakimin davranışını kodeksə zidd adlandırıb və səhvini etiraf etdiyini və üzr istədiyini bildirib.

Həmin vaxt cəzanın müddəti dəqiqləşdirilməmişdi.