Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AFFA UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuipersi Bakıya dəvət edib

UEFA Hakimlər Komitəsinin üzvü, UEFA İstedadlar və Mentorlar Proqramının direktoru Byorn Kuipers Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəvəti ilə Bakıya gələcək.

O, fevralın 27-də “Baku Marriott Boulevard” otelində hakimlər üçün seminar keçirəcək.

Kuipers liderlik, matçların idarə edilməsi və kommunikasiya sahəsində təcrübəsini bölüşəcək, həmçinin FİFA lisenziyalı hakimlər üçün döş nişanının təqdimat mərasimində iştirak edəcək.

Seminardan sonra onun iştirakı ilə brifinq keçiriləcək.