Azərbaycanda Dövlət Qulluqçularının Rotasiyası üzrə Komissiya yaradılacaq
Azərbaycanda dövlət qulluqçularının rotasiyası Qaydası təsdiq edilib.
Müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, dövlət orqanlarında dövlət qulluqçularının rotasiyası məqsədilə 5 nəfərdən - sədrdən və dövlət orqanının rəhbəri tərəfindən könüllülük əsasında təyin edilən 4 üzvdən ibarət Rotasiya Komissiyası yaradılır.