Kişi basketbolçular 15-ci tura başlayacaqlar
Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) sayca 15-ci olan növbəti turun oyunlarına start veriləcək. Turun ilk oyunu saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək. Nominal ev sahibi "Neftçi" "Abşeron" klubunu qəbul edəcək.
Fevralın 27-də isə daha iki oyun keçiriləcək. B qrupunda yer alan "Ordu" "Sərhədçi" idman arenasında "Quba" ilə üzləşəcək (saat 19:00). Sumqayıt Olimpiya İdman Kompleksində isə yerli "Sumqayıt" B qrupunun vahid lideri olan "Gəncə"ni qəbul edəcək (19:00).
İNTİQAM Məmmədov