Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Lionel Messi "Barselona"ya qayıdır

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda "Barselona"ya qayıdacaq.

Bu barədə Messinin "İnter Mayami"yə keçidi ilə bağlı ilk daxili məlumatı verən jurnalist Aleks Kandal məlumat verib. 

Messi təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirməyə hazır deyil.

Xatırladaq ki, Messi "İnter Mayami"yə 2023-cü ilin yayında keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur. Bu müddət ərzində futbolçu 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.