Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Ordu" "Quba"-nı qəbul edəcək, "Gəncə" isə "Sumqayıt"ın qonağı olacaq

Kişi basketbol klublarının mubarizə apardığı ABL-da dünən sayca 15-ci tura start verilib. Turun ilk oyununda A qrupunda yer alan "Neftçi" klubu "Abşeron" üzərində 80:56 hesablı qələbə qazanıb.

Bu gün isə çempionatın B qrupunda daha iki oyun keçiriləcək. Maraqlıdır ki, hər iki oyunda lider komandalar özündən zəiflərlə qarşılaşacaq. Belə ki, qrupa şərikli liderlik edən üç klubdan biri - "Ordu' klubu "Sərhədçi" idman arenasında "Quba"nı qəbul edəcək (saat 19:00). Günün digər matçında isə liderlərdən biri olan "Gəncə" Sumqayıt OİK- də yerli "Sumqayıt"ın qonağı olacaq (19:00).

Tura martın 1-də yekun vurulacaq.

Qrupunda komandaların turnir vəziyyəti aşağıdakı kimidir:

İNTİQAM Məmmədov