Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan boksçuları Strandja beynəlxalq turnirinin yarımfinalında

Sofiyada boks üzrə “Strandja” beynəlxalq turnirinin 1/4 final mərhələsi başa çatıb. Yığma komandanın dörd idmançısı yarışın yarımfinalına yüksəlib.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, komandanın liderlərindən olan Nicat Hüseynov (51 kq) Skott Riçardsla (Uels) qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Avropa çempionu yarımfinalda Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşacaq.

57 kq çəki dərəcəsində Zəlimxan Süleymanov da italiyalı Mişel Baldassi üzərində 5:0 hesabı ilə inamlı qələbə qazanıb. Yarımfinalda onun rəqibi Giorgi Kapanadze (Gürcüstan) olacaq.

Zaur Qəhrəmanov (67 kq) Apennin adalarının digər təmsilçisi Canluici Malanqa ilə döyüşün hakimi azərbaycanlı boksçunun əlini qaldırıb – 5:0. O, yarımfinalda gürcü Demur Kazhaya ilə döyüşəcək.

Nəhayət, Nəbi İsgəndərov (67 kq) da bolqarıstanlı Rumen Rumenovu məğlub edərək yarımfinala yüksəlib - 5:0. Onun növbəti rəqibi Torehan Sabyrxan (Qazaxıstan) olacaq.

Boksçularımız ən azı bürünc medallara zəmanət verdilər.

Xatırladaq ki, yarımfinal döyüşləri martın 1-də baş tutacaq.