Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan şahmatçıları FİDE reytinqində yenidən yüksək pillələrdə qərarlaşıblar

Azərbaycan şahmatçıları FİDE reytinqində növbəti dəfə yüksək yerləri tutublar.

Şəhriyar Məmmədyarov 2748 xalla mart ayının reytinqində 11-ci yerdə qərarlaşıb.

Teymur Rəcəbov (2692 xal) 35-ci, ölkə çempionu Rauf Məmmədov (2657 xal) 67-ci yerdədir. Siyahının lideri norveçli Maqnus Karlsendir (2833 xal).

Qadınlar arasında Gövhər Beydullayeva (2400 xal) 43-cü, Azərbaycan çempionu Günay Məmmədzadə (2396 xal) 51-ci, Ülviyyə Fətəliyeva (2387 xal) 57-ci, Xanım Balacayeva (2358 xal) 85-ci yerdədir.

Qadınlar arasında birinci yerdə çinli Yufan Hu (2633 xal) qərar alıb.