Dörd boksçumuz "Strandja"nin yarımfinalında
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı ənənəvi "Strandja" beynəlxalq turnir davam edir. ABF-dan verilən məlumata görə, dünən turnirdə 1/4 final mərhələnin döyüşləri keçirilib və bununla da yarımfinalçılar müəyyənləşib. Maraqlıdır ki, Azərbaycan yığmasının 4 üzvü də bu mərhələyə keçib. Bu isə onların ən pis halda turnirin bürünc medalını özlərinə təmin etməsi deməkdir.
Boksçularımız bu mərhələni də uğurla keçib finala yüksəlmək üçün boksçularımızdan Nicat Hüseynov (51 kq) Daniyal Sabitlə (Qazaxıstan), Zəlimxan Süleymanov (57 kq) Giorgi Kanadzeylə (Gürcüstan), Zaur Qəhrəmanov (67 kq) Demir Kayayla (Gürcüstan), Nəbi İsgəndərov ( 67 kə) isə Torexan Sabirxanla,(Qazaxıstan) döyüşdən qalib ayrilmalidirlar.
İNTİQAM Məmmədov