İki boksçumuz "Strandja"nin finalında
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi "Strandja" beynəlxalq turnir artıq finişə yaxınlaşıb Dünən yarımfinal döyüşləri keçirilib və bununla da finalçılar müəyyənləşib. ABF-dan verilən məlumata görə, yarımfinalda çıxış edən 4 boksçumuzdan ikisi - Zəlimxan Süleymanov (67 kq) və Zaur Qəhrəmanov (67 kq) bu mərhələni də uğurla başa vuraraq, finala yüksəlib.
Qeyd edək ki, yarimfinalda gürcüstanlı Giorqi Kapanadzeni 4:1 hesabla məqlub edən Süleymanov həlledici finalda Özbəkistan təmsilçisi Xujanazar Nortoyevlə döyüşəcək.
Yarımfinalda Demir Kayayla döyüşdə qalib (5:0) gələn Qəhrəmanov isə çempionluq uğrunda son həlledici dönüşdə Torexan Sabirxanla (Qazaxıstan) qarşılaşacaq.
Yarımfinalda büdrəyərək mübarizəni dayandıran Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə çıxışını üçüncü yerdə bitirməklə bürünc medalla kifayətlənib.
İNTİQAM Məmmədov