Azərbaycan millisi Haiti ilə qarşılaşacaq
Azərbaycan millisinin yoldaşlıq görüşündə daha bir rəqibi müəyyənləşib.
Komanda Haiti ilə qarşılaşacaq.
Oyun martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Matçın başlama saatı hələlik məlum deyil.
Xatırladaq ki, futbol üzrə milli komanda martın 25-də Belarus, iyunun 7-də Latviya, 10-da isə Macarıstanla yoldaşlıq oyunları keçirəcək.