Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AFFA Regional Liqasının püşkatma mərasimi keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Regional Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutub.

Tədbirdə AFFA-nın Oyun Əməliyyatları Departamentinin rəhbəri Emin Cəfərov, Texniki Direktor Cahangir Həsənzadə, “Grossroots” Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezidenti Rüfət Əmirov və AFFA-nın Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə iştirak ediblər.

AFFA Regional Liqasının oyunları 4 bölgədə (paytaxt və şimal, mərkəz, şimal-qərb və qərb, cənub) keçiriləcək. 54 komandanın iştirak edəcəyi yarışın ilk oyunları martın 8-9-da keçiriləcək. Mövsüm mayın sonunda başa çatacaq.