Yeniyetmə boksçularımız Gürcüstana səfər ediblər
Azərbaycanın yeniyetmə boksçulardan ibarət yığma komandası Gürcüstanın Qori səhərinə yollanıb. ABF-dan verilən məlumata görə, baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında qonşu ölkəyə səfər edən komandamız martın 15-dək orada həmin ölkənin boksçuları ilə birgə təlim-məşq toplanışında (TMT) iştirak edəcək. 22 nəfərlik heyətlə Qoriyə gedən yığmamız martın 16-da Vətənə dönəcək.
Yeri gəlmişkən, gənc boksçularımız ( 3 oqlan və 4 qız) hazırda Montoneqronun Budva şəhərində keçirilən "Adriatik İncisi" turnirində iştirak edirlər. Turnirə martın 9-da yekun vurulacaq.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)