Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

RAMİL QASIMOV “BÜLBÜL VOKAL MƏKTƏBİ” ADLI FİLMİ TƏQDİM ETDİ


Bülbülün Memorial Muzeyində dahi Bülbülə həsr olunmuş “Bülbül  vokal  məktəbi”  adlı  filmin təqdimatı keçirilib. Qonaqları salamlayan muzeyin direktoru Fərqanə Cabbarova filmin ideya müəllifi Əməkdar artist, Azərbaycanın tanınmış vokal ifaçısı Ramil Qasımova dahi Bülbülün ənənələrini qoruyub saxladığı, onun    xatirəsinə göstərdiyi sevgi və ehtiram üçün təşəkkürünü bildirib.
Əməkdar artist Ramil Qasımov qeyd edib ki, Bülbül onun müəllimi Xalq artisti Mobil Əhmədovun ustadı olub. 
Əməkdar artist: “Bu məktəbi yaşatmaq, davam etdirmək bilavasitə mənim borcumdur. Eyni zamanda bugünkü nəsillər bilməlidirlər ki, əldə etdikləri uğurların bünövrəsində dahi Bülbülün danılmaz xidmətləri durur. Məhz Azərbaycanda klassik vokal ənənələrinin formalaşması, geniş vüsət alması, elmi vokal laboratoriyasının, Bakı Musiqi Akademiyasında “Solo oxuma və opera hazırlığı” kafedrasının yaradılması Bülbülün adı ilə bağlıdır. Bu filmdə də o məktəbin böyüklüyü və milli ifaçılıq ənənələrinin azərbaycançılıq ifa tərzindən söhbət açılıb. Qeyd edim ki, filmdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov, Xalq artistləri Siyavuş Kərimi, Azər Zeynalov, Samir Cəfərov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova və Əməkdar artist Anar Şuşalı  yer  alıblar”. – deyə vurğulayıb.
Əməkdar artist Ramil Qasımov fürsətdən istifadə edərək, sonda filmin çəkilişində göstərilən köməyə görə Bülbülün Memorial Muzeyinə öz dərin təşəkkürünü bildirib.