Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

70 il əvvəl bu gün Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Türkiyədə Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib.

O, 1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olub. 1904-cü ildə “Hümmət” təşkilatının yaradılmasında iştirak etmişdir. Çar rejiminin təqiblərindən qorxan Rəsulzadə 1909-cu ildə Bakını tərk edərək İrana mühacirət edir və 1910-cu ildə orada həmin ölkənin Demokratik Partiyasını yaradır.

Bir müddət İranda “İrane Nou” və “İrane Akhat” qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. 1917-ci ildə Rəsulzadə Müsavat partiyasına rəhbərlik etdiyi həmin ildə Azərbaycan və Türküstandan Rusiya Dövlət Dumasının deputatı seçildi.

1918-ci il mayın 27-də səs çoxluğu ilə Azərbaycan Milli Şurasının sədri seçildi. Beləliklə, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Şərqdə ilk respublika olan ADR hökuməti yaradıldı.

1920-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra Rəsulzadə Azərbaycanı tərk etdi və 1932-ci ildə onun Avropada fəaliyyəti dövrü başladı. Həmin dövrdə Almaniyada “İstiqlal” qəzetini və “Qurtuluş” jurnalını nəşr etdirmiş, Polşada Azərbaycan Milli Nəşriyyatını yaratmış, “Azərbaycan və onun müstəqilliyi” kitabını burada çap etdirmişdir.

Rəsulzadə ölərkən üç dəfə “Azərbaycan” sözünü deyib. O, Ankaradakı Əsri qəbiristanlığında dəfn olunub.

Prezident Heydər Əliyev 1993-cü il dekabrın 29-da “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı.

Prezident İlham Əliyev 2013-cü il noyabrın 22-də Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq respublikada və xaricdə bir sıra yubiley tədbirləri keçirilib.