Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpressAZ-in arxivindən: 2023-cü il

Hakan Fidanın bu hərəkəti gündəm oldu 

Türkiyənin xarici işlər naziri Hakan Fidanın bayraq həssaslığı gündəm olub.

Nazir Fidan ötən şənbə ABŞ-ın Nyu-York şəhərində keçirilən MİKTA Xarici İşlər Nazirləri Toplantısında çəkilən xatirə fotosundan sonra Türk Bayrağını yerdən götürərək mühafizəçisinə verib.

Fidanın bu addımı digər nazirlərin də diqqətini çəkib və sosial şəbəkədə gündəm olub.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən G20 Liderlər Zirvə toplantısında xatirə şəklinin çəkildiyi platformada Türkiyə bayrağını yerdən götürərək pencəyinin cibinə qoymuşdu.