Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Səkkiz həyəcanverici qarşılaşma: Avropa Liqasının 1/8 final mərhələsi başlayır

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Bakı vaxtı ilə saat 21:45-də Hollandiyanın “AZ Alkmaar” klubu İngiltərə “Tottenhem”ini, Rumıniyanın FCSB klubu Fransanın “Lion”unu, Türkiyənin “Fənərbaxça”sı Şotlandiyanın “Reyncers”ini, İspaniyanın “Real Sosyedad”ı isə İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edəcək.

Bakı vaxtı ilə gecə yarısı Hollandiyanın “Ayaks”ı Almaniyanın “Frankfurt”u, İtaliyanın “Roma”sı İspaniyanın “Atletik” klubu, Norveçin “Bodo-Qlimt”i Yunanıstanın “Olimpiakos”u, Çexiyanın “Viktoriya”sı isə İtaliyanın “Latsio”su ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının cavab oyunları bir həftə sonra - martın 13 və 14-də baş tutacaq.

UEFA Avropa Liqası

1/8 final

6 mart

21:45. AZ Alkmaar - Tottenham;

21:45. FCSB - "Lion";

21:45. Fənərbaxça - Reyncers;

21:45. Real Sosyedad - Mançester Yunayted.

7 mart

00:00. Ajax - Frankfurt;

00:00. Roma - Atletik Bilbao;

00:00. "Bodo-Glimt" - "Olimpiakos";

00:00. Viktoriya Plzen - Latsio.