Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın mini futbol üzrə dünya çempionatının rəqibləri tezliklə müəyyənləşəcək

Azərbaycanda keçiriləcək mini-futbol üzrə dünya çempionatının püşkü atılacaq.

Mərasim martın 11-də baş tutacaq.

Bakıda keçiriləcək turnir öncəsi 32 komanda dörd səbətə bölünüb. Dünya çempionatının əsas favoritlərindən sayılan Azərbaycan yığması birinci səbətdə yer alıb.

Səbət 1: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan;

Səbət 2: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana;

Səbət 3: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tayland, BƏƏ, Çad, İspaniya, Sloveniya;

Səbət 4: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasiminin yeri və vaxtı hələ müəyyənləşməyib.