UEFA reytinqi: Azərbaycanın mövqeyi necə dəyişib
Azərbaycan qitə kuboklarının 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində 30-cu yerə enib.
Avropa yarışlarında təmsil olunmayan ölkəmizin əmsalı 19,625-dir.
29-cu yerdə olan Bolqarıstan 19,875 əmsala malikdir, Sloveniya (19,968) isə iki pillə irəliləyərək 28-ci yerə yüksəlib.
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə başçılıq edir (107,910).