Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə  8 Mart -
Beynəlxalq Qadınlar Günü qeyd olundu

 8 Mart - Beynəlxalq  Qadınlar  Günü  Ağcabədi rayonunda  geniş qeyd olunub.“Kral” şadlıq  sarayında  keçirilən  bayram şənliyində rayon rəhbərliyi, müxtəlif sahələrdə çalışan qadınlar, şəhid anaları, şəhid  xanımları və onların qız övladları  iştirak ediblər.
"AZpress.AZ" İnformasiya Agentliyinin bölgə müxbiri xəbər verir ki, öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı  Rafil  Hüseynov  qadınları  bayram münasibətilə təbrik edib, onların cəmiyyətdəki  misilsiz rolundan danışıb, Azərbaycan qadınının  hər zaman  zirvədə olduğunu  vurğulayıb. 
 Daha sonra  Ağcabədi 1 saylı Mediasiya Təşkilatının direktoru Aygün Kərimova, Ağcabədi  rayon  təhsil sektorunun müdiri Teymur Qasımov, şəhid anası Məlahət Həziyeva,  şəhid  xanımı Qumru Süleymanova və digərləri çıxış edərək öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıblar. 
Tədbirdə rayonun ictimai-siyasi və  mədəni həyatında fəal iştirak edən bir qrup qadın Fəxri fərmanlarla təltif  olunub.
Bayram tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanan maraqlı konsert proqramı ilə davam edib.
            Mais  İbrahimov