Nərgiz Əliyarova Beynəlxalq Qadınlar Gününə konsert həsr etdi
7 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert baş tutub. Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyarova (piano) dinləyicilər
qarşısında çıxış edib. Proqramda H.Berlioz “Macar marşı”, L.v.Beethoven piano və orkestr üçün 3 saylı konsert c-moll (op.37), A.Dvorak “Slavyan rəqsləri” səslənib.
AZpress.AZ,Minə Türksoy.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)