Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hədəf Şirkətlər Qrupunun Baş Direktoru və Hədəf Liseyinin qurucusu Şəmil Sadiq dövlət universitetlərinin sonuncu kurs tələbələri ilə görüş keçirib

Görüşün əsas məqsədi gənclərə gələcək karyera imkanları, iş dünyasının tələbləri və şəxsi inkişaf barədə dəyərli tövsiyələr vermək olub.

Tədbir zamanı Şəmil Sadiq təhsil və iş həyatında uğur qazanmağın yollarından, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqların əhəmiyyətindən bəhs edib. O, tələbələri daim öyrənməyə, yeni çağırışlara hazır olmağa və peşəkar inkişaflarını davam etdirməyə təşviq edib.

Görüş interaktiv formada keçib və tələbələr öz suallarını ünvanlayaraq, Şəmil Sadiqin şəxsi və peşəkar təcrübəsindən faydalana biliblər. O, eyni zamanda Hədəf Şirkətlər Qrupu və Hədəf Liseyinin gənclər üçün yaratdığı imkanlardan danışıb və gələcək əməkdaşlıqların mümkünlüyünü vurğulayıb.

Sonda iştirakçılar görüşün onların gələcək planlarına istiqamət verməkdə mühüm rol oynadığını qeyd ediblər və belə təşəbbüslərin davamlı olmasını arzuladıqlarını bildiriblər.