Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azad olunan ərazilərdə daha 138 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 48 mina və 605 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 1365.3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.