Futzal millimiz Yunanıstanın qonağı olacaq
Bu gün futzal üzrə Avro-2026-nin seçmə qrup oyunları çərçivəsində dördüncü turun oyunları keçiriləcək. Qeyd edək ki, turnirin 5-ci qrupunda yer alan Azərbaycan millisi bu gün Yunanıstanda yerli komandanın qonağı olacaq. Görüş saat 21:00-da Qədim Ellada torpağının paytaxtı Afinadaki "Dias" arenada başlanacaq.
Xatırladaq ki, qrupda bundan əvvəl keçirilən oyunlarda millimiz Bakıda Yunanıstanla 2:2, İsveçrə ilə 3:3 hesabla heç-heçə oynayıb. Xorvatiyaya isə uduzub - 2:9.
Hazırda 5-ci qrupda vəziyyət belədir:
Xorvatiya - 9 xal, Yunanıstan - 4, Azərbaycan -2, İsveçrə - 1.
İNTİQAM Məmmədov