"Səma ilə görüş" – Masallıda film təqdimatı
Masallıda "Səma ilə görüş" filminin təqdimat mərasimi olub.
Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində "Hər kəs üçün kino" layihəsi çərçivəsində keçirilən təqdimat mərsaimində filmin yaradıcı heyəti ilə yanaşı, mədəniyyət işçiləri, Masallı Dövlət Regional Kollecinin tələbə və müəllim kollektivi iştirak edib.
Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Ceyhun Bəşirov qonaqları və iştirakçıları salamlayıb.
Sonra səhnəyə filmin aktroylarından Taleh Yüzbəyov, Oqtay Mehdiyev və Nəzakət Heydərova dəvət olunub.
Qeyd edək ki, filmin baş prodüseri, Azərbaycan Kino Mərkəzinin təsisçisi Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur. Filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən yazılıb. Operator Şahmar Səfəroğlu, filmin icraçı prodüseri Fuad Cəfərov, prodüseri isə Amiran Babayevdir.
Filmdə baş rolları Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli canlandırır.





