Kilian Mbappe fransız futbolçular arasında tarixi rekorda imza atıb
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya çempionatında "Rayo Valyekano"ya (2:1) qol vurub. Kilian indiyədək "Real Madrid"in heyətində bütün yarışlarda 29 qol vurub.
Mbappe ilk dörd liqada bir klubda debüt mövsümündə 29+ qol vuran tarixdə ilk fransız futbolçu olub. Əvvəlki rekord keçmiş hücumçu Mişel Platiniyə məxsus idi - 1982/1983 mövsümündə "Yuventus"un heyətində 28 qol.
Mbappe yay transfer pəncərəsində "Real Madridə" keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.