Dostlar, Sumqayıtda bayramla bağlı bəzədilən ənənəvi "yolka" bir xatirəmi oyatdi.
Kecən il elə bu vaxtlar "yolka"nın yanında böyük və "canli" rus cizgi filminin qəhrəmanları olan Maşa ve Medvedi gördüm. Qərara aldim ki, bu cizgi filmini xoşlayan nəvələrim üçün maraqlı olar.
Bir saatdan sonra biz artıq Maşa ilə şəkil çəkdirirdik. Nəvələrim əvvəl duruxsalar da, sonda Maşaya maraq dolu sevinclə baxırdılar.
Bu bayramın içində qəfil "Maşaya" zəng gəldi və o, böyük papağını cıxardıb (cavan oğlan imiş) başladı telefonla danışmağa!
Burda nəvələrim birinci şoku keçirtdilər. Papağın altından qız çıxsaydı, yenə başa düşülən olardı. Nəvələrim özlərinə gəlməmiş bu oğlan bir siqaret cixardıb başladı çəkməyə. Artıq bu dəfə nəvələrimlə birlikdə mən də şok keçirtdim! Maşanın oğlan olması, üstəlik siqaret də çəkməsi nəvələrimin təfəkkürünü alt- üst etdi.
Geri qayıdanda nəvələrim nə soruşdu və mən nə cavablar verdim, bu ayrı bir mövzudur.
İndi də o hadisə yadıma düşəndə ,çətin də olsa gülümsəyə bilirəm.