Tatami ustalarımız Çexiyada beynəlxalq TMT davam etdirir
21-23 mart günlərində Gürcüstanın paytaxtı Tiflisdə mövsümün növbəti Böyük Dəbilqə turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan 14 cüdoçu ilə təmsil olunmağı planlaşdırıb. ACF-dan verilən məlumata görə, yiqmamiz sözügedən turnirə hazırlıq məqsədi ilə hazırda 19 (9 kişi və 10 qadın) cüdoçu ilə Çexiyanin Nimburk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Toplanışa martın 17-də yekun vurulacaq.
Yeri gəlmişkən, Azərbaycan komandası 2025-ci il mövsümünün əvvəlindən Böyük Dəbilqə turnirində əldə etdiyi nailiyyətlərə görə komanda sıralamasında Top-5-i tamamlayır. Komandamızın aktivində 9 (2-2-5) medal var. Bu siyahıya 39 (18-11-10) medalla Yaponiya başçılıq edir.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)