2024-cü il siyasətdən zərrəcə anlayışı olmayan cahil Kadırovun siyasi karyerasının sonuncu ilidir. O, artıq siyasi meyitdir. 2025-ci ildə Çeçenistanın rəhbəri vəzifəsindən ya qovulacaq, yadaki öz atasının aqibətini təkrarlayacaq.
Ramzan Kadırovun AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına görə haqlı olaraq onu ittiham edən azərbaycanlıları hədələməsi və təyyarənin vurulmasının səhərisi günü (dekabrın 26-da) Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməsi Ramzanın həm allahsız insan olduğunu göstərir, həm də Rusiyanın mövcud siyasi sistemini ifşa edir.
Rusiyanın hazırkı siyasi sistemi insanyönümlü deyil. Ona görə də vurulan təyyarəmizin aqibəti də, sərnişinlərin və ekipaj üzvlərinin sonrakı taleyi də bu eybəcər sistem üçün heç bir əhəmiyyət daşımır.
Kadırov da Putinin yaratdığı bu bədheybət sistemin sadəcə kiçik bir vintciyidir. O, imperiyanın əyalətdəki vassalıdır, nökəridir.
Ancaq vassallar da iki cür olur. Ramzan Kadırov allahsız, qana susamış vassallardandır.
Onun namaz qılmağı da riyakarlıqdan başqa bir şey deyil.
P.S.
Ramzanı görsəniz, ona deyin ki, daha bundan sonra namaz qılmasın.
Çünki Tanrının şeytanın ibadətinə ehtiyacı yoxdur...