Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Daha bir nəfər spirtdən zəhərlənərək ölüb

Bakıda daha bir nəfər istehsalat spirtindən zəhərlənərək ölüb.

Hadisə Bakının Nizami rayonunda qeydə alınıb.

Məlumata görə, 64 yaşlı F.Həsənov yerləşdirildiyi tibb müəssisəsinin toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin versiyaya görə, F.Həsənov metil spirtindən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Yada salaq ki, son vaxtlar Azərbaycanda 20-dən çox insan istehsalat spirtindən zəhərlənərək ölüb.