“Riyaziyyat aylığı”na yekun vurulub –
Masallıda
(Layihənin bağlanış və mükafatlandırma mərasimi keçirilib)
Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində elan edilən “Riyaziyyat aylığı”nın (1-28 fevral) yekununa həsr edilmiş tədbir keçirilib.
Layihənin bağlanış və mükafatlandırma mərasimi martın 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində olub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin üzvü Məşhur Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qonaqlar, təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Mərkəzin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxışdan sonra geniş akt zalında davam edən tədbir öncəsi Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarının fəda edən şəhidlərimizin xatirəsi ehtiramla anılıb, dövlət himnimiz səsləndirilib.
Sonra fənn aylığına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, ümimi şagird sayi 28 min nəfəri əhatə edən 93 ünumtəhsil orta məktəbinin qoşulduğu “Riyaziyyat aylığı”nın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrində fənnin tədrisi vəziyyətini yüksəltmək, şagirdlərin məntiqi və riyazi düşüncələrini inkişaf etdirmək, riyaziyyatın gündəlik həyatda tətbiq olunma imkanlarını onlara göstərmək, ən yaxşı müəllimləri və istedadlı şagirdləri aşkar etmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənməkdən ibarətdir. O, qeyd edib ki, aylıq çərçivəsində forum, seminar və dəyirmi masalar, açıq dərslər (monitorinqlər), sərgilər təşkil edilib, məktəblilər arasında riyaziyyat-məntiq bilik yarışları, riyazi teatr səhnələri, esse, rəsm müsabiqələri, sinifdənxaric tədbirlər – gecələr, disputlar, viktorinalar keçirilib.
E.Rzayev aylığın keçirilməsində dəstək göstərən hər kəsə, o cümlədən millət vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılmış “Masallı Təhsil Fondu”na, ATİAHİ Masallı Rayon Komitəsinə təşəkkürünü bildirib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edərək vurğulayıb ki, ölkə başçısı təhsil sahəsini dövlət siyasətinin strateji istiqamətlərindən biri səciyyələndirir. Rayon rəhbəri təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək bu cür layihələrin davamlı olacağına əminliyini ifadə edib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev fənni məktəbliyə daha yaxşı sevdirməkdə, şagird təfəkkürünün formalaşmasında, bugünkü dövr üçün lazım olan riyazi biliklərin əldə edilməsində layihənin müsbət cəhətlərindən danışıb, aylığın mütəşəkkil keçirilməsindən ötrü işin yaxşı təşkil olunduğunu və iştirakçı fəallığının təmin edildiyini diqqətə çatdırıb.
Natiqlər aylığın yüksək səviyyədə keçirilməsində əməyi olanlara minnətdarlıqlarını bildirərək qalibləri təbrik ediblər. Çıxışlar zamanı təhsilin inkişafı yönümündə bu cür tədbirlərin təqdirəlayiqliyi vurğulanıb, bu yolda hamıya uğurlar arzulanıb.
Yüksək əhval-ruhiyyə ilə yekunlaşan tədbirdə aylıq çərçivəsində keçirilmiş müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Akif AĞAYEV
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)