Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rusiya tərəfinin bu günə qədər bizim vətəndaşlarımıza qarşı edilən vəhşiliklərə görə üzr istəməməsi, cinayəti törətmiş insanabənzərlərin cinayət məsuliyyətinə alınmaması tək rəhmətə gedənlərə, xəsarət alanlara qarşı yox, ilk növbədə Azərbaycan Dövlətinə, Hakimiyyətinə qarşı hörmətsizlikdir və cavabsız qalmamalıdır.

Çeçenistan rəhbərliyi ilə Rusiya güc strukturları arasında yaranan münasibətlərin düşmənçilik səviyyəsində olması sirr deyil. Azərbaycan sərnişin təyyarəsinin Qroznı səmasında vurulması və dərhal sonra cinayət izinin itirilməsi üçün Kadırov bandasının etdikləri həyasızlıqlar, insan ağlına sığmayacaq dərəcədə vəhşi hərəkətləri Kadırov erasının sonunu gətirə bilər.

Bunun üçün Rusiya rəhbərliyində, xüsusilə güc strukturlarında bir az cəsarət və vicdan lazımdır. Bu hadisə də cəzasız qalsa artıq Rusiyaya nəinki təyyarə ilə, quru yol ilə getmək də təhlükəli olacaq.

Hələlik isə hesab edirəm ki, Rusiyaya uçan təyyarələrin sayı və istiqamətləri ciddi dərəcədə azaldılmalıdır.

P.S. Rusiya hakimiyyətinin və Kadırov dəstəsinin Azərbaycan hakimiyyətinə olan təzyiqi bəllidir və Azərbaycan tərəfinin hansısa güzəştə gedəcəyinə inanmıram. Bu addımı ölkədə heç kim qəbul etməz.