Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakıda “Baku Open” beynəlxalq şahmat festivalı keçiriləcək

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yenidən Bakıda “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Federasiyanın mətbuat xidmətindən bildirilib ki, turnir aprelin 27-dən mayın 6-dək “Baku Crystal Hall” kompleksində keçiriləcək.

Bu il şahmat üzrə 15-ci dünya çempionu, əfsanəvi Vişvanatan Anandla son Azərbaycan çempionatının qalibi Rauf Məmmədov arasında planlaşdırılan görüşə xüsusi diqqət yetirilib. Onların sürətli və blits şahmat görüşləri aprelin 27-dən 30-dək baş tutacaq.
Festival iştirakçıları üç qrupa - A, B və C qruplarına bölünərək İsveçrə sistemi üzrə doqquz turda mübarizə aparacaqlar. Turnirin ümumi mükafat fondu 55 min ABŞ dollarıdır.